Qazaxıstan UEFA-dan çıxmaq istəyir

Qazaxıstan UEFA-dan çıxmaq istəyir
XƏBƏR 31 Mart 2011 / 01:02 2555
-  A +

Qazaxıstanın turizm və idman naziri Temirxan Dosmuxambetov qeyri-adi ideya ilə çıxış edib. Qol.Az-ın məlumatına görə, nazir Qazaxıstan Futbol Federasiyasının (QFF) UEFA-nı tərk edərək Asiya Futbol Konfederasiyasına (AFC) qayıtmalı olduğunu açıqlayıb.

Dosmuxambetovun fikrincə, ölkəsinin Avropa qitəsi ilə müqayisə, Asiyada daha çox imkanı var. Məsələn, dünya çempionatına vəsiqə qazanmaq. Eyni zamanda, Qazaxıstan yığmasının Asiya çempionatında 1 - 6-cı yerlər uğrunda mübarizə aparmağa gücü çatar. Nazir bu məsələ ilə bağlı QFF prezidenti, müdafiə naziri Adilbek Caksıbekovla söhbətləşdiyini də gizlətməyib.

Qazaxıstan 2002-ci ilədək AFC-nin üzvü olub. 

Qeyd edək ki, Avro-2012-nin seçmə qrup mərhələsində Qazaxıstan yığması Azərbaycan millisi ilə eyni qrupda yer alıb. Bu komandalar arasında ilk oyun iyunun 3-də Qazaxıstanda keçiriləcək.  

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır