UEFA Belçikanı Azərbaycanla oyuna görə cəzalandıra bilər

UEFA Belçikanı Azərbaycanla oyuna görə cəzalandıra bilər
XƏBƏR 31 Mart 2011 / 00:43 2614
-  A +

Avro-2012-nin seçmə mərhələsinin Belçika – Azərbaycan oyunundan əvvəl qalmaqal yaranıb. Qol.Az-ın məlumatına görə, qarşılaşmanın başlamasına 1 saatdan da az vaxt qalmış matçın baş tutduğu “Rua Boduen” stadionunun qarşısında böyük xaos yaşanıb.

Komandalarının bundan əvvəlki – Avstriya ilə səfər oyunundakı qələbədən ruhlanan yüzlərlə azarkeş Azərbaycanla oyunu izləmək arzusunu gerçəkləşdirmək istəyib. Qarşılaşmaya bilet almaqda çətinlik çəkən fanatlar arena qarşısında qarışıqlıq yaratmaqla, içəri daxil olmağa cəhd edib. Asayiş keşikçiləri güc vasitəsilə izdihamı dağıtmağa cəhd etsələr də, narazı fanatlar qarşısında aciz qalıb. Bunu görən təşkilatçılar həmin azarkeşlərə pulsuz bilet paylayaraq stadiona buraxıblar. Bu isə UEFA qaydalarına ziddir. Ona görə də Belçika Futbol Federasiyası cərimələnə bilər.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır