"Barselona"da Messi şoku

XƏBƏR 30 Mart 2011 / 15:48 2823
-  A +

"Barselona"nın argentinalı ulduzu Lionel Messi La Liqanın növbəti turunda meydana çıxa bilməyəcək. Qol.Az-ın məlumatına görə, zədəsi səbəbilə Argentinanın Kosta-Rika ilə oynadığı yoldaşlıq matçını buraxan Messi həftəsonu "Villareal"la keçiriləcək oyunda da forma geyə bilməyəcək.

"Barselona"nın baş məşqçisi Pep Qvardiola da gələn həftə Çempionlar Liqasında keçiriləcək "Şaxtyor"la matçı düşünərək Messini "Villareal"la oyunda riskə atmayacaq. Qvardiola Messini əsasən "Şaxtyor" və La Liqanın digər önəmli qarşılaşmaları üçün saxlamağı planlaşdırır.

Qeyd edək ki, hazırda La Liqada "Barselona" ən yaxın izləyicisi Real"ı 5 xal qabaqlayır. 


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır