AZAL-ın yeni stadionunda bəzi problemlər ortaya çıxıb

XƏBƏR 30 Mart 2011 / 14:59 2056
-  A +

AZAL klubunun bu həftə «İnter»lə ev oyununun Şüvəlan stadionunda yox, «Şəfa» keçiriləcəyi məsələsinə aydınlıq gəlib. Klubun mətbuat xidmətinin rəhbəri Eldənixz Yusifovun Qol.Az-a verdiyi məlumata görə, onlar «İnter»lə oyunu Şüvəlandakı yeni stadionlarında keçirməyi nəzərdə tutmuşdular. Amma bəzi texniki məsələlərə görə hələlik yeni stadiondakı ilk matç təxirə salınıb.

O deyib ki, bu günlərdə AFFA nümayəndələri stadionda yoxlama aparıblar. Bu zaman arenanın su-istilik sistemində və komandaların yerləşdirilməsi məsələsində bəzi texniki problemlər ortaya çıxıb. «Bu problemlər yaxın bir həftə ərzində aradan qaldırılacaq. Bundan sonra növbəti ev oyunumuzu Şüvəlanda keçirəcəyik» - deyə E.Yusifov bildirib.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır