Yan Vertongen: «Azərbaycan üzərində qələbə asan olmadı»

XƏBƏR 30 Mart 2011 / 12:09 1935
-  A +

Belçika millisinin müdafiəçisi Yan Vertongen dünən «Avro-2012»nin seçmə mərhəhələsində Azərbaycan yığması üzərindəki 4:1 hesablı qələbəni şərh edib.

Qol.Az-ın Belçika mətbuatına istinadən yaydığı məlumata görə, o, qarşılaşmada yaxşı çıxış etdiklərini söyləyib.

«Bəlkə də hesaba baxanda çoxları deyə bilər ki, qələbə bizə asan başa gəldi. Amma belə deyil. İkinci hissədə bizim oyunumuz elə də güclü olmadı. Bunu da başa düşmək olar. Çünki heyətdə bir sıra dəyişiklik olmuşdu» - deyə Vertongen bildirib.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır