Azərbaycan UEFA-nın Hakimlər Konvensiyasına qoşulur

XƏBƏR 29 Mart 2011 / 21:37 1657
-  A +

UEFA-nın Hakimlər Konvensiyasının Azərbaycan üzrə məsul nümayəndəsi Donald Makvikar növbəti dəfə ölkəmizə səfər edib. Qol.Az-ın məlumatına görə, səfər proqramı çərçivəsində D.Makvikar bu gün AFFA-nın inzibati binasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarov və təlimatçılarla görüş keçirib.

Tədbirdə UEFA-nın Hakimlər Konvensiyasının tələbləri barədə məlumat verilib, ölkəmizdə bu Konvensiyaya qoşulmaq məqsədilə görülən müvafiq işlər, xüsusilə regionlarda hakimliyin inkişafı üçün həyata keçirilən tədbirlər qeyd olunub. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatında hakimliklə bağlı maraqlı məqamları əks etdirən videoçarx nümayiş etdirilib. Donald Makvikar görülən işlərdən razı qaldığını bildirib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner