"Xəzər Lənkəran" rəqibini darmadağın etdi

"Xəzər Lənkəran" rəqibini darmadağın etdi
XƏBƏR 29 Mart 2011 / 19:11 2016
-  A +

Premyer Liqada yaranmış fasilədən istifadə edən "Xəzər Lənkəran" klubu bu gün əvəzedici heyətilə yoxlama görüşü keçirib. Qol.Az-ın məlumatına görə, bu qarşılaşmada "Xəzər Lənkəran"ın əsas komandası əvəzedicilərə aman verməyib.

Rəqibini 7:0 hesabı ilə məğlub edən "Xəzər Lənkəran" klubunun əsas komandasında ilk qol Hristu Kyakunun adına yazılıb. Alim Qurbanovun qolundan sonra isə Kyaku dubla imza ataraq ilk hissənin yekun hesabını müəyyənləşdirib. Daha sonra Adrian Pit, Uinston Parks, Tural Cəlilov və Katalin Doman hərəyə bir dəfə fərqlənməklə əsas komandanın böyük hesablı qələbəsini təmin ediblər.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır