"Neftçi" "Simurq"a məğlub oldu

XƏBƏR 29 Mart 2011 / 18:12 1941
-  A +

Premyer Liqada yaranmış fasilədən istifadə edən "Neftçi" klubu bu gün növbəti yoxlama görüşünü keçirib. Qol.Az-ın məlumatına görə, Respublika stadionunda Zaqatalanın "Simurq" klubu ilə qarşılaşan "Neftçi" bu oyundan məğlub ayrılıb.

İlk hissədə 2 qol vurmağa müvəffəq olan "Simurq" komandası bu hesabı sona qədər qoruyub. Bununla da, "Neftçi" Premyer Liqanın hər 2 matçında məğlub etdiyi "Simurq"a bu dəfə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, "Neftçi"nin bir sıra aparıcı oyunçusu hazırda milli komandanın düşərgəsində olduğundan bu görüşdə iştirak etməyib.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır