Bazar günü Premyer Liqada ilk iki pillənin sahibi olmaqla yanaşı Azərbaycan futbolunun ən köklü 2 klubu qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, son zamanlar əla sürət yığan "Qarabağ" klubu "Neftçi"nin qonağı olacaq.
Yaranmış fasilə zamanı "Simurq"la keçirilən yoxlama oyununda "Qarabağ"da ən yaxşılardan biri Əfran İsmayılov idi. Zaqatalıların qapısına möhtəşəm qol vuran 22 yaşlı yarımmüdafiəçi "Neftçi" ilə oyun haqda klubun rəsmi saytına danışıb:
"Neftçi" ilə oyuna digər komandalara qarşı olduğu kimi yanaşırıq. Düzdü, tam heyətlə məşq edə bilmirik. Amma demək olar ki, belə duruma alışmışıq. "Neftçi" cari mövsüm olduqca uğurlu çıxış edir. Bu, olduqca çətin oyun olacaq".
Əfran cari birinciliyin ilk qarşılaşmasında "Neftçi" ilə oyunda zədələnərək sıradan çıxmışdı:"Artıq bu hadisəni unutmuşam. Zədə futbolun ayrılmaz hissəsidi. Belə baxanda zədələndiyim epizodda "Neftçi"nin oyunçusunun günahı yox idi. Artıq bazar günü baş tutacaq qarşılaşmanı fikirləşirəm".
Əfran "Qarabağ"ın 9 oyunluq qələbə seriyası haqqında isə belə danışıb:"Artıq təsnifat mərhələsini unutmuşuq. Final mərhələsinin ilk 2 turunda qələbə qazanmağımızı daha çox qiymətləndirirəm. Bu bir psixoloji üstünlükdür. "Neftçi"nin də oyuna qələbə üçün çıxacağını fikirləşirəm. Amma bizim daha istəkli olduğumuzu düşünürəm. Çünki, biz çempionluğu daha çox istəyirik. Hər halda mən öz komandamızın yanğısını bilirəm. Amma "Neftçi" ilə oyun heç də həlledici deyil. Qələbə qazanmasaq dünyanın sonu olmayacaq".
Premyerliqada cari mövsüm 1 dəfə fərqlənən Əfran bakılılarla oyunda qol vurmaqda barəsində nə fikirləşir:"Təbii ki, qol vurmaq istərdim. Amma komandamın qələbəsinə üstünlük verirəm. Kimin qol vurmasından asılı olmayaraq qələbə mənim qol vurmağımdan daha vacibdir. "Neftçi" ilə oyun elə olacaq ki, bir qol həlledici ola bilər. "Neftçi" lider olaraq hücuma üstünlük verəcək, qələbə qazanmağa çalışacaq. Ona görə yüksək zövqlü oyun olacaq".
Əfran prinsipial oyun öncəsi azarkeşlərə də səslənib: "Azarkeşlərimiz hər yerdə bizə dəstək verir. Amma istəyirəm ki, stadiona da gəlib bizi dəstəkləsinlər. Oyunumuza nə qədər çox azarkeş gəlsə, bir o qədər yaxşı oynayacağıq. Ona görə də bütün "Qarabağ" azarkeşlərini bazar günü Respublika stadionuna çağırıram".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi