“Xəzər Lənkəran” yoldaşlıq oyununa çıxır

XƏBƏR 29 Mart 2011 / 13:49 1740
-  A +

Bugün “Xəzər Lənkəran”ın əsas heyəti ilə əvəzedici heyəti arasında yoxlama oyunu keçiriləcək. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "XL" əvəzedici heyətlə oyunda qüvvəsini sınayacaq.
 
Şənbə günü “Bakı”ya qarşı keçiriləcək oyuna hazırlıqları davam etdirən “Xəzər Lənkəran”ın heyətinin böyük hissəsi artıq bir yerə toplanıb. Albaniya millisinin oyununa cəlb edilmiş Elvin Beqiri artıq komanda ilə birlikdədir. Afrika Millətlər Kubokunun oyununa yollanmış Julius Vobayın bugün heyətə qoşulacağı gözlənilir. Bundan əlavə Azərbaycan yığmasının heyətində olan Kamran Ağayev və Rahid Əmirquliyev bu axşam Belçikada keçiriləcək oyunda iştirak edəcəklər.
 
“Xəzər Lənkəran”ın əsas və əvəzedici heyətlərinin görüşü bu gün saat 16.00-da Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır