"Atırau" komandası azarkeşləri ilə görüşəcək

"Atırau" komandası azarkeşləri ilə görüşəcək
XƏBƏR 29 Mart 2011 / 02:08 1737
-  A +

Martın 29-da Qazaxıstanın "Atırau" klubunun oyunçuları və məşqçi heyətinin azarkeşlərlə görüşü keçiriləcək. Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, tədbir Jilqorodsk şəhərindəki "Kurmanqazı" Mədəniyyət Mərkəzində baş tutacaq. 

Komanda rəhbərliyi şəhərin futbol azarkeşlərinə yeni futbolçuları və legionerləri təqdim edəcək, 2011-ci il Qazaxıstan Premyer Liqasındakı planlarını bölüşəcək, habelə, sualları cavablandıracaq. Komanda ilə görüşə giriş sərbəstdir.  

Qeyd edək ki, "Atırau"nun baş məşqçisi azərbaycanlı mütəxəssis Ramiz Məmmədovdur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner