Azərbaycan 2-ci liqasını çempion kimi başa vuraraq 1-ci liqaya yüksələn “Baku Sportinq”in icraçı direktoru Hüseyn Rzayev Qol.az saytına müsahibə verib
- Əvvəlcə çempionluq münasibətilə sizi təbrik edirik. 2-ci liqada çempion olmaq nə dərəcədə çətin oldu? Bu liqanın səviyyəsi necədir?
- Mən də ilk növbədə sizə təşəkkür edirəm. 2-ci liqaya qatıldığımız ilk gündən hədəfimiz çempionluq idi. Buna uyğun heyət qurmuşduq. Əlbəttə, asan olmadı. Bu liqada yetərincə güclü komanda var. Onların bəziləri 1-ci liqada rahat oynaya bilər.
- “Baku Sportinq”in təmsil olunduğu Buzovnada komandaya maraq necədir?
- Hələ ki, Buzovna qəsəbə stadionunda rəsmi oyun keçirməmişik. Amma əminəm ki, orada bizim komandamıza böyük maraq olacaq. Çünki Buzovnada futbolu çox sevirlər.

Hüseyn Rzayev
- Komandanın adı ilə bağlı sual yaranır. Niyə məhz “Baku Sportinq”? Məsələn, “Buzovna” ola bilməzdi?
- Komandamız yarananda Buzovnaya köçməklə bağlı məsələ planımızda yox idi. Bu sonralar, hadisələrin gedişatında ortaya çıxdı. “Baku Sportinq” adı əbəs yerə qoyulmayıb. Bunu gələcəkdə özünüz də görəcəksiniz.
- 1-ci liqanın səviyyəsi 2-ci liqadan fərqlənir. Buna uyğun tədbirlər görüləcəkmi? Məsələn, legioner futbolçu transfer etmək fikriniz var?
- Əlbəttə. Biz buna uyğun hazırlaşacağıq. Yaxşı yerlərdən birini tutmaq istəyirik. Baş məşqçimizin komandaya legioner futbolçu cəlb edilməsi ilə bağlı istəyi olarsa, nədən olmasın?
- Maliyyə durumunuz necədir? AFFA-nın 1-ci liqa klublarına ayırdığı vəsaitdən başqa hansısa maliyyə dayağı olacaq?
- 2-ci liqa üçün yetərincə sabit maliyyə durumuna malik komanda idik. 1-ci liqada daha yaxşı çıxış etmək üçün, təbii ki, sponsorlar cəlb etməyi düşünürük. Bu istiqamətdə işlər gedir.
- 1-ci liqada komandanın hədəfi nə olacaq? Nə dərəcədə iddialısınız?
- İddialı komanda quracağıq. Medal qazanmaq istəyirik. Hədəfimiz ilk üç yerdən birini tutmaqdır.
Buzovna qəsəbə stadionu
- Buzovnadakı stadionda təmir işləri necə gedir? Arenanın tutumu nə qədər olacaq? 1-ci liqada ev oyunlarını orada keçirəcəksiniz?
- Dövlət-özəl tərəfdaşlıq layihəsi çərçivəsində biz Buzovnadakı stadionun infrastrukturunu tam olaraq dəyişdik. Ancaq PFL-in qarşımıza qoyduğu tələblər var. Biz maksimum çalışacağıq ki, 1-ci liqadakı ev oyunlarımızı orada keçirək. Oradakı işlər demək olar ki, yekunlaşmaq üzrədir. Çalışacağıq ki, həmin tələbləri də tezliklə yerinə yetirək. Hazırda stadionun tamaşaçı tutumu 1000 nəfərdir. Daha sonra 2500 nəfərlik etmək fikrimiz var. Komandanın çıxışlarından çox şey asılıdır. Lazım gələrsə, gələcəkdə azarkeş tutumunu daha da artırmaq imkanımız var.
Ramiq Ağaməmmədov
Fabinyo “Trabzonspor”da
Debüt oyununda zədələndi
39-cu qapıçı
Salahın dublu - Video
Qol VAR idimi? “Turan Tovuz”dan etiraz - Video
"Neftçi"dən böyükhesablı qələbə, Tovuzda heç-heçə
“Neftçi” - “Araz-Naxçıvan” matçında fasilə yarandı
"Turan Tovuz" - "Şamaxı" matçından - Video
Salah dubl etdi, "Trabzonspor" qələbə qazandı
"Bu kluba 20 ilimi vermişəm, qəzəbi başa düşürəm"
“Hamı qol olduğunu gördü, hakim görmədi” - Kurban Berdiyev
“Düzgün oyun nümayiş etdirdik” - Azər Bağırov
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
“Neftçi” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
1 avtoqol, 1 qırmızı vərəqə, böyükhesablı qələbə
Haaland yubiley oyununa yeni stili ilə çıxdı - Şəkil
“Mançester Siti”dən 18 ildən sonra ilk
DÇ-də oynadı, 100 milyonluq transfer təklifi aldı
“Turan Tovuz” - “Şamaxı”: Heyətlər
"Çelsi"nin futbolçusu "Napoli"yə keçdi
Başından xəsarət alan Kerem Aktürkoğlunun durumu açıqlandı
Azərbaycan millisinin bütün üzvləri medal qazandı
Darvin Nunyes klubunu dəyişdi
"Atletiko"dan ayrılıb "Barselona"ya keçmək istəyir
Məşhur hakim “Sabah”ın həlledici oyununda!
Mourinyo "Real"ın bazasında gecələyir
Qoretzka bu klubla razılaşdı
Kapitan 2 oyundur ehtiyatdadır! Səbəb nədir? - Video
"Real" mövsümə qələbə ilə başladı - Video
"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı
"Fənərbaxça" və "Samsunspor"dan qələbə