İlqar Qurbanov komandasına qələbə qazandırdı

XƏBƏR 23 Fevral 2009 / 10:00 2576
-  A +

Bu həftə Türkiyə çempionatında çıxış edən həmyerlilərimiz üçün çox uğurlu alınıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri “Kocaelispor” kimi, İlqar Qurbanovun da şərəfini qoruduğu “Boluspor” da həftəni qələbə ilə başa vurub. Birinci liqada çıxış edən “Boluspor” səfərdə “Karabükspor”un qonağı olub. İlqarın komandası rəqibini 2:0 hesabı ilə məğlub edib ki, qollardan birini də məhz həmyerlimiz imza atıb. Bu qələbədən sonra hesabında 37 xal olan “Boluspor” Superliqaya yüksəlmək uğrunda mübarizəni davam etdirir.       

Daha çox


Son xəbərlər
20.10.24  14:24

Neymar ağladı - Video