Rəşad Sadıqov: "Artıq səfərdə uğur qazanmaq vaxtıdır"

Rəşad Sadıqov: "Artıq səfərdə uğur qazanmaq vaxtıdır"
XƏBƏR 28 Mart 2011 / 16:37 2067
-  A +

Bu gün Brüssel şəhərində Azərbaycan milli komandasının futbolçularının mətbuat konfransı keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirdə iştirak edən millimizin kapitanı Rəşad Sadıqov görüş haqda bunları deyib:

"Türkiyə yığmasını məğlub etdikdən sonra komandamıza inam var. Səbirsizliklə Belçika ilə oyunu gözləyirik. Səfərdə fərqli yığma görəcəksiniz. Türkiyəni udmuşuq, artıq səfərdə uğur qazanmaq vaxtıdır. Ən azı 1 xal qazanmalıyıq. Bizim üçün artıq oyun deyil, nəticə vacibdir".


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır