Rıdvan Dilmən: “Rəşad Sadıqov çox yaxşı futbolçudur”

XƏBƏR 23 Fevral 2009 / 11:47 2816
-  A +

“Rəşad Sadıqov çox yaxşi futbolçudur”. Bu sözləri Türkiyənin NTV Spor telekanalında “Qalatasaray”-“Kocaelispor” oyununu şərh edərkən ötünlərin məşhür türk futbolçusu Rıdvan Dilmən deyib. Qol.Az-ın məlumatına görə, Türkiyə futbolunun əfsanəvi simalarından olan Dilmən həmyerlimizi tərifləyib: “Sadıqov “Kocaelispor”un qış transfer pəncərəsində heyətinə qatdığı futbolçulardandır və deyərdim ki, çox da uğurlu bir transferdir. Rəşad həm də Azərbaycan millisinin formasını geyinir və komandanın kapitanıdır”.


Son xəbərlər