Ansi Aqolli: "Qarabağ"ın uğurlu çıxışı mənim yığmadakı oyunuma da müsbət təsir edir"

Ansi Aqolli: "Qarabağ"ın uğurlu çıxışı mənim yığmadakı oyunuma da müsbət təsir edir"
XƏBƏR 28 Mart 2011 / 11:34 1946
-  A +

"Qarabağ" klubunun legioner futbolçusu Ansi Aqolli Albaniya yığmasının heyətində AÇ-2012-nin seçmə matçında Belarus üzərində qələbəyə sevinib. Qol.Az-ın məlumatına görə, albanların 1:0 hesabı ilə qələbə qazandığı görüşü Aqolli 90 dəqiqə əvəzolunmadan keçirib.

Klubun rəsmi saytına danışan Aqolli görüş haqda bunları deyib: "Azarkeşlərimizin önündə qələbə qazanaraq 2-ci pilləyə yüksəldik. Düzdü, indidən Avropa çempionatının final mərhələsini fikirləşmək düzgün olmazdı. Qarşıda bizi çətin oyunlar gözləyir. Amma Avropa çempionatı haqqında fikirləşmək xoş bir duyğudu. Şansımızı sona qədər qorumağa çalışacağıq. "Qarabağ"ın uğurlu çıxış etməsinin millidə Admirlə mənim oyunuma da müsbət təsir etdiyini düşünürəm".

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır