Keçmiş futbolçusu "İnter"i məyus etdi

Keçmiş futbolçusu "İnter"i məyus etdi
XƏBƏR 27 Mart 2011 / 22:49 2034
-  A +

Bu gün Bakının "İnter" və Salyanın "Muğan" komandaları arasında yoldaşlıq görüşü keçirilib. Qol.Az-ın məlumatına görə, "Şəfa" stadionunda baş tutan qarşılaşmada "Muğan" qələbə qazanıb - 1:0.

11-ci dəqiqədə Tural Axundovun ötürməsindən sonra Anxel Qutyerres keçmiş komandasını məyus edib.

Hər iki komanda oyunu bir sıra aparıcı futbolçularsız keçirib. Vladimir Levinlə Aleksandr Çertoqanov Azərbaycan, Filip Despotovski Makedoniya yığmasının düşərgəsində olduqlarından "İnter"ə kömək edə bilməyiblər. Bu səbəbdən, gürcüstanlı baş məşqçi Kaxaber Sxadadze əvəzedici komandanın oyunçuları Elnur Abdulov, Asif Mirili, Daniel Genov, Aleksandr Qross və Ramil Mansurova şans verib.

"Muğan"ın heyətində isə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Nigerlə qarşılaşacaq Sierra Leone yığmasına çağırılan Samuel Barlay, ayağından yüngül zədə almış Con Pelu və 21 yaşlılardan ibarət millimizin düşərgəsində olan Novruz Məmmədov çıxış etməyib.   

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır