Yoldaşlıq görüşləri: Braziliyadan Şotlandiyaya Neymar zərbəsi (YENİLƏNİB)

Yoldaşlıq görüşləri: Braziliyadan Şotlandiyaya Neymar zərbəsi (YENİLƏNİB)
XƏBƏR 27 Mart 2011 / 23:29 2681
-  A +

Dünyanın futbol meydanlarında bir sıra yoldaşlıq görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, Braziliya Şotlandiya ilə üz-üzə gəlib.

İngiltərənin paytaxtı Londondakı "Emirates" stadionunda təşkil olunmuş görüşdə 5 qat dünya çempionları qələbə qazanıblar - 2:0. Hər iki qolu 42 və 77-ci dəqiqələrdə gənc və istedadlı hücumçu Neymar vurub.

"Avropanın Braziliyası" Portuqaliya isə Çili ilə qarşılaşıb. Oyun heç-heçə ilə nəticələnib - 1:1. 16-cı dəqiqədə Silvestr Varelanın vurduğu qola cənubi amerikalılar 45-ci dəqiqədə Matias Fernandesin dəqiq zərbəsi ilə cavab veriblər.

ABŞ-la Argentina arasındakı görüşdə də eyni hesab qeydə alınıb. Bu oyunda hesabı 16-cı dəqiqədə ABŞ futbolçusu Xuan Aqudelo açıb. 42-ci dəqiqədə argentinalı Esteban Kambyasso bərabərlik qolunu vurub. 



Yamayka - Venesuela - 0:2

Panama - Boliviya - 2:0

Küveyt - İordaniya - 1:1

İraq - Şimali Koreya - 2:0

Ekvador - Kolumbiya - 0:2

Portuqaliya - Çili - 1:1

Meksika - Paraqvay - 3:1

ABŞ - Argentina - 1:1

Kosta-Rika - Çin - 2:2

Braziliya - Şotlandiya - 2:0


25 mart

Cənubi Koreya - Honduras - 4:0

Çin - Yeni Zelandiya - 1:1

Estoniya - Uruqvay - 2:0

Çernoqoriya - Özbəkistan - 1:0

Qətər - Tunis - 0:0


Litva - Polşa - 2:0

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır