İbrahimoviçin cəzası yüngülləşdi, ancaq...

İbrahimoviçin cəzası yüngülləşdi, ancaq...
XƏBƏR 26 Mart 2011 / 11:09 1856
-  A +

Etdiyi sərt davranışlara görə 3 oyunluq cəza alan Zlatan İbrahimoviçin bağışlanması üçün "Milan" klubunun etirazları öz bəhrəsini verib. Qol.Az-ın məlumatına görə, bununla belə İbrahimoviç derbi oyunda "İnter"ə qarşı forma geyə bilməyəcək.

Federal Ədalət Məhkəməsi 2 həftə öncə "San Siro"da "Milan"ın 1-1 bərabərə qaldığı "Bari"li futbolçu Marko Rossiyə hücum edən İbrahimoviçə verilən 3 oyunluq cəzaya qarşı edilən etirazı qəbul edib. Ancaq cəza 2 oyuna qədər endirilsə də, bu qərarla İbrahimoviçin A seriasında çempionluğu müəyyənləşdirəcək olan "İnter" matçında forma geyə bilməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, derbi öncəsi "Milan" əzəli rəqibindən 2 xal geri qalır.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır