Azarkeşlərimiz üçün 2-ci tribuna

Azarkeşlərimiz üçün 2-ci tribuna
XƏBƏR 25 Mart 2011 / 17:36 2003
-  A +

Xəbər verdiyimiz kimi, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində milli komandamız martın 29-da Belçika yığmasının qonağı olacaq. Qol.Az-ın məılıumatına görə,  Brüssel şəhərindəki Rua Boduen stadionunda keçiriləcək Belçika – Azərbaycan oyununda millimizi dəstəkləmək istəyən xaricdə yaşayan həmvətənlərimizə şərait yaratmaq məqsədilə AFFA öz vəsaiti hesabına 100 bilet alaraq Azərbaycan Respublikasının Belçikadakı səfirliyinə verib. Səfirliyin nümayəndələri də biletləri müvafiq qaydada azarkeşlərə paylayıb.

Qeyd edək ki, bu oyunda millimizi dəstəkləmək istəyən azarkeşlər üçün Belçika Futbol Federasiyası tərəfindən Brüsseldəki Rua Boduen stadionunun 2-ci tribunasının A sektoru ayrılıb.

Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır