AZAL-ın yeni stadionunda işlər tamamlanmaq üzrədir

AZAL-ın yeni stadionunda işlər tamamlanmaq üzrədir
XƏBƏR 25 Mart 2011 / 16:45 2282
-  A +

AZAL futbol klubu üçün tikilməkdə olan Şüvəlan stadionunda işlər yekunlaşmaq üzrədir. Qol.Az-ın məlumatına görə, artıq bu idman qurğusu su və istilik sistemi ilə təchiz edilib, bütün otaqlara mebel dəstləri quraşdırılıb.

İki gün əvvəl uğurla sınaqdan keçirilən su və istilik sistemi hazırda məşqlərini burada keçirən komandanın istifadəsinə verilib. Fəxri loja və mətbuat nümayəndələri üçün nəzərdə tutulan yerlərdə oturacaqların quraşdırılması da demək olar başa çatdırılıb.

Qeyd edək ki, martın sonuna kimi stadion internet və telefon xəttləri ilə də təmin ediləcək.


Son xəbərlər
30.12.25  16:04

Pedri hazırdır