“İnter”in uşaq-gənclər futbol məktəbinin layihə rəhbəri Valentin Xodukin məktəbin fəaliyyəti barədə ətraflı məlumat verib və görülən işlərə toxunub. Qol.Az-ın məlumatına görə, Xodukin eyni zamanda Azərbaycanda futbolun inkişafı və “İnter”in Birlik Kubokunda qələbəsinin əhəmiyyətindən də danışıb:
-İlk öncə “İnter”-in UGFM haqqında danışmağınızı xahiş edirik.
-“İnter”in məktəbində böyük həcmli işlər görülüb, lakin buna baxmayaraq qeyd etmək istəyirəm ki, biz hələlik yolun başlanğıcındayıq. Məktəbin nəzdində müxtəlif yaş kateqoriyaları üzrə 10 komanda fəaliyyət göstərir. Ən aşağı yaş komandası 2003-cü il təvəllüdlü uşaqlardan ibarətdir. 2003-cü ildən 1994-cü ilədək olan komandaların məşqçiləri var. Həmin məşqçilər də uşaqların qəbulu, seleksiyası və təlim-məşq toplanışının təşkili məsələlərilə məşğul olurlar. Qeyd etmək lazımdır ki, bütün komandalar lazımi inventarlarla, məşq keçmək üçün meydançalarla və klub rəhbərliyinin diqqətilə təmin olunublar.
Qış aylarında aşağı yaş qruplarının məşq keçmələri üçün komandaları zallarla təmin etdik. Bu, bizə böyük əmək bahasına başa gəldi. Zalda aparılan məşğələlər, birincisi, bizə komandaların qış mövsümündə fəaliyyətlərinin davam etdirmələrinə imkan verdi. İkincisi, bunun sayəsində biz belə qeyri-münasib iqlim şəraitlərində uşaqların sağlamlıqlarını təhlükə altına atmadıq.
Qeyd etmək vacibdir ki, məktəbimiz AFFA-nın eqidası altında keçirilən bütün turnirlərdə iştirak edir. 1994,1996,1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandalarımız Azərbaycan çempionatında, 1999 və 2001-ci il təvəllüdlü futbolçulardan formalaşdırılan komandalarımız “Sabahın ulduzları” turnirində iştirak edir. Bu il keçirilən və Anatoli Banişevskinin xatirəsinə həsr olunan turnirə 1998 və 1999-cu il təvəllüdlü futbolçularımız da qatılmışdılar.
Martın 19-dan 24-dək İtaliyanın “Milan” klubunun nümayəndələri “Milan Junior Camp” layihəsi çərçivəsində Bakıda oldular və layihə uğurla başa vuruldu. Bir sözlə, "İnter"-in Uşaq Gənclər Futbol Məktəbinin inkişafına böyük diqqət verilir. Axı, təkcə legionerlərlə uzağa getmək mümkün deyil. Legionerlər-müvəqqəti təzahürdür, yerli futbolçular isə daimidir. Buna görə də, uşaqların inkişafına vəsait yatırmaq uduşlu aksiyadır.
-Siz qeyd etdiniz ki, “İnter”-in UGFM-də müxtəlif yaş kateqoriyaları üzrə 10 komanda fəaliyyət göstərir. Bu qədər komandalara rəhbərlik etmək nə dərəcədə yaxşı alınır?
-Biz öz növbəsində yetirmələrinə birbaşa nəzarəti həyata keçirən savadlı və kvalifikasiyalı məşqçilərə rəhbərlik edirik. Əlbəttə, müəyyən problemlər var. Bu, ilk növbədə mütəxəssislərin hazırlanması problemidir, ancaq mən hesab edirəm ki, bu problemi həll etmək olar. Buna bir az vaxt lazımdır.
-Siz artıq uzun müddətdir Bakıdasınız. Azərbaycanda olduğunuz ilk il ilə müqayisədə ölkəmizdə futbolun tərəqqisi sezilirmi?
-Sözsüz (burada Valentin Xodukin masa üzərində saxladığı Azərbaycanda futbolun inkişafı üzrə dövlət proqramını göstərir). Görürsünüz, o işləyir (ukraynalı mütəxəssis proqramda qeyd etdiyi bəndləri nümayiş etdirir). Birincisi, turnirlərin təşkili hiss ediləcək dərəcədə yaxşılaşıb. Premyer Liqanın, Birinci diviziyanın, ölkə kubokunun və əvəzedicilərin çempionatı stabil keçirilir. Bir çox klubun infrastrukturu yaxşılaşıb. Bəzi çətinliklər əlbəttə ki, yaranır, ancaq inkişaf prosesində onlardan qaçmaq mümkün deyil.
-Bu vəzifə başına gəlməzdən öncə yəqin uşaq-yeniyetmə məktəbinin infrastrukturu ilə yaxşı tanış olmusunuz. Məşqçidən uşaq-yeniyetmə məktəbinin inkişaf layihəsi rəhbərinə ixtisas dəyişikliyi çətin olmadı ki?
- Mənə bu haqda danışmaq bir az münasib deyil, lakin təvazökarlığın artıq yükünü bir kənara ataraq deyə bilərəm ki, hazırda tutduğum vəzifəyə gəlməzdən öncə bu profilə aidiyyatı olan təqribən bütün ədəbiyyatla tanış oldum. Və hiss etdim ki, məsələnin metodiki tərəfi Azərbaycanda acınacaqlı nəticələrə gətirib çıxarır. Uşaqların düzgün hazırlanmamasıyla nəticələnir.
Uzun zaman 8 yaşdan 17 yaşadək futbolçular üçün hazırlıq üzrə vəsait hazırlamışam. Həmin vəsait uşaqların və yeniyetmələrin mərhələrlə hərtərəfli hazırlığını nəzərdə tutur və özündə bütün zəruri aspektləri birləşdirir.
-“İnter”in baş məşqçisi postunu tərk edəndən sonra sanki kölgədə qaldınız. Bildiyimizə görə, hətta jurnalistlərə müsahibə verməkdən də imtina edirsiniz...
-Bəli, imtina edirəm, ona görə ki, ətrafda cərəyan edən hadisələrə açıqca münasibət bildirmək mənim tərəfimdən nəzakətsizlik olardı. Mənim sevimli ifadəm var: “Hər kəs özünəməxsus şəkildə ağlını itirir”. Odur ki, mən də özüməməxsus formada ağlımı itirirəm. Bu yaxınlarda jurnalistlər mənə belə bir sualla müraciət etmişdilər: "Hansı komandanı ilk “altılıqdan” kənarda görürsünüz? Mən də belə cavab vermişdim: “Bu planda həlledici matç “Muğan”-“Qəbələ” olacaq”.
Mən çempionatımızla maraqlanıram, oyunlara baxıram, statistikanı toplayıram. Mənim bir çox komanda haqqında şəxsi fikirlərim var, lakin onları paylaşmaq istəmirəm, ona görə ki, qeyri-etik olardı.
-Bu ilin əvvəlində “İnter” Birlik Kubokunu qazandı. Bu hadisəni şərh etməyinizi xahiş edirik...
-Bu, böyük nailiyyətdir. “İnter” turniri bir nəfəsdə keçdi. Bu gün bir çoxları iddia edə bilərlər ki, Birlik Kubokunda əvəzedicilər və s. iştirak edirdilər. Lakin bunu bu gün deyirlər, sabah onu unudacaqlar. Tarixdə yalnız bu yazı qalacaq: “Birlik Kubokunun sahibi-“İnter”!
Sankt-Peterburqda Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi, bu isə o deməkdir ki, bu qələbə nəinki “İnter”i şöhrətləndirdi, o hətta bütün ölkənin kredosunu yüksəltdi! Deyə bilərəm ki, yarandığı 2004-cü ildən bu yana “İnter” iki dəfə Azərbaycan çempionu olub, indisə Birlik Kubokunu qazandı ki, bu da klubu ölkədə ən uğurlu edir. Baxın, qısa zaman ərzində komanda nə qədər uğurlara nail olub! Digər klublarda müvəffəqiyyətsizliklər olub, ancaq bizdə yox. “İnter” yüksək planka qoyub və onu getdikcə daha da yüksəyə qaldırır.
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı
"Roma" 3 qolla qalib gəldi
Filipe Luislə müqavilə uzadıldı
AFFA "Lənkəran"ın şikayətini qismən təmin etdi
"Tottenhem" onun maaşını ikiqat artıracaq
Semenyo Premyer Liqa klubu ilə razılığa gəldi
"Barselona"nın müdafiəçisindən xoş xəbər var
Məşhur məşqçi əməliyyat olundu
"Vest Hem" yarımmüdafiəçisindən narazıdır
Superliqa klubu yeni baş məşqçisini açıqladı
"Kəpəz"in qış fasiləsində qarşılaşacağı komandalar bilindi
"Neftçi" Çempionlar Liqası klubu ilə qarşılaşa bilər
“Sabah”ın komandaları ili qələbə ilə bitirdilər
Sabiq "Real" futbolçuları komanda yoldaşı ola bilər
"Qarabağ"ın futbolçusu məşqçilik kurslarına qoşuldu - Video
İkinci dəfə kluba baş məşqçi təyin olundu
DÇ-2026 üçün bilet sifarişləri rekord həddə çatdı
Nəriman Axundzadə uşaq sığınacağını ziyarət etdi - Şəkillər
Türkiyəli futbolçu Rusiya klubuna keçir
Qalib qəzet və saytların adları açıqlandı