Belçika millisi daha bir itki ilə sarsıldı

Belçika millisi daha bir itki ilə sarsıldı
XƏBƏR 25 Mart 2011 / 01:01 2641
-  A +

Avstriya və Azərbaycan yığmaları ilə keçirəcəyi Avro-2012-nin seçmə oyunları öncəsi Belçika milli komandasının heyətində zədəlilərin sayı durmadan artır. Qol.Az-ın məlumatına görə, baş məşqçi Jorj Leekens müdafiəçi Tobi Alderveyreldin də xidmətindən imtina etməli olub. 

Hollandiyanın "Ayaks" klubunun 22 yaşlı oyunçusu Avstriya ilə bu günkü qarşılaşma ərəfəsində son məşqdə baldırından xəsarət alıb. Martın 29-da yığmamızla görüşədək sağalmayacağı müəyyənləşdikdən sonra o, heyətdən çıxarılıb. Leekensin Alderveyreldi Loran Siman və ya Antoni van den Borre ilə əvəzləyəcəyi gözlənilir. 

Qeyd edək ki, əvvəllər hücumçu Byorn Vleminks və qapıçı Silvo Proto da eyni səbəbdən heyətdən kənarlaşdırılıb. Daha bir forvard Romelu Lukakunun durumu da şübhəlidir. Tomas Vermalen, Maruan Fellaini və Conatan Lejör zədə üzündən yığmaya çağırılmayıb.       

Son xəbərlər