Argentinalı hakim Uqo Veqa regional liqada "Xuventud Katolika" və "Sportivo Laquna Larqa" komandaları arasındakı matçdan sonra xəstəxanaya düşüb. Qol.Az-ın "Diario Show" nəşrinə istinadən yaydığı məlumata görə, oyunun gedişində "Xuventud Katolika"nın futbolçuları hakimə hücum çəkərək onu huşunu itirənədək döyüblər.
Toqquşma ikinci yarının ortalarında baş verib. Veqa "Xuventuda"nın oyunçularından birini hakimlə mübahisə etdiyi üçün meydançadan qovub. Bundan sonra futbolçular referi və onun köməkçilərini döyməyə başlayıblar. Həmin vaxt "Sportivo Laquna Larqa" 1:0 hesabı ilə öndə olub. Hakimə hücumla əlaqədar görüş dayandırılıb.
Sonradan Veqa ilk dəfə belə halla üzləşdiyini bildirib: "Məni əl və ayaqla döyürdülər. Bundan çox qorxmuşdum".
"Xuventud Katolika"nın prezidenti Alexandro Agirre isə futbolçuları müdafiə edib. Onun sözlərinə görə, oyunçular hakimlərin qərəzli münasibətindən bezdikləri üçün şillə-təpiyə keçiblər.
Qeyd edək ki, hakimin döyüldüyü epizodu http://www.youtube.com/watch?v=btva-AQ0nD8&feature=player_embedded
linkində izləmək olar.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi