Azərbaycan yığması Qvineyaya qalib gəldi

Azərbaycan yığması Qvineyaya qalib gəldi
XƏBƏR 24 Mart 2011 / 21:10 2349
-  A +

Bu gün İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Qvineya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qol.Az-ın məlumatına görə, Marbelya İdman Mərkəzində keçirilən qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

62-ci dəqiqədə Tural İsgəndərov penalti zərbəsini dəqiq yerinə yetirib. Yığmamız hesabda önə keçdikdən təxminən 10 dəqiqə sonra qvineyalı futbolçular 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Yığmamızın qapıçısı Osman Umarov penalti zərbəsini dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Yığmamız növbəti matçını martın 26-da Bakı vaxtı ilə saat 17:30-da Marbelya İdman Mərkəzində "UD Marbelya" komandası ilə keçirəcək.

Son xəbərlər