Azərbaycan futbolunun inkişafına öz töhfəsini verən "Neftçi"nin rəhbərliyi perspektivli gənc futbolçuları daim diqqətdə saxlayır. Qol.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında "Qarabağ"la keçiriləcək 25-ci turun oyununa hazırlaşan flaqman heyətdə bir çox gənc futbolçuya yer verib.
"Neftçi"nin əvəzedici heyətindən Elton Yaqublu, Malik Babayev, Kərim Diniyev ilə yanaşı Ağabala Ramazanov, Nicat Qurbanov və İlham Allahverdiyev, Elşən Abdullayevdə əsas komandanın məşqlərində iştirak edir. Klubun rəsmi saytı onlardan təəssüratlarını öyrənmək qərarına gəlib.
Öz oyunu ilə məşqçilərin diqqətini cəlb edən Nicat Qurbanov bunun onların xeyrinə olacağını bildirir: "Əlbəttə, əsas komandanın heyətində məşqə çıxmaq hər bir gənc futbolçunun arzusudur. Sağ olsun klub rəhbərliyi, məşqçilər korpusu bizi daim diqqətdə saxlayır. Bu bizim məsuliyyətimizi daha da artırır".
Əvəzedici heyətin hücumçusu İlham Allahverdiyevdə məşqlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışacaqlarını deyir:"Əsas komandanın məşqlərinə cəlb edilməyimiz, bizə göstərilən diqqət və qayğının nəticəsidir. Bu məşqlərdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bizim kimi gənclərə, böyük təcrübəyə malik futbolçularla birlikdə məşq etmək, böyük xeyir verəcək".
Ağabala Ramazanovda bizimlə fikirlərini bölüşməyi lazım bilib: "Flaqmanın heyətində bir çox səviyyəli yerli və legioner futbolçu yer alır. Biz belə məşqlər zamanı onlardan çox şey öyrənə bilərik. Məhz əsas komandanın heyətində keçirdiyimiz məqşlərdə nəyə qadir olduğumuz üzə çıxır".
17 yaşlılardan ibarət yığmamızın üzvü Elşən Abdullayev əsas komandanın məşqlərində özünü göstərməyin vacib olduğunu düşünür: "Bizə etimad göstərib əsas komandanın məşqlərinə cəlb ediblər. Artıq burada özünü yaxşı tərəfdən göstərmək vacibdir. Çünki bizim əsas istəyimiz gələcəkdə "Neftçi"nin əsas komandasının şərəfini qorumaqdır. Bunun üçün isə bizim üçün lazımi şərait yaradılıb".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı