Bu gün "Neftçi" klubunun bazasında məşqçilərin nəzarəti altında B komandasında yer alan bir qrup gənc futbolçu, test normativləri verib. Qol.Az-ın məlumatına görə, 2 qrupa bölünən gənclər "Polar saat"larla təhciz edilərək, tempi artırmaq şərti ilə qaçış testi veriblər.
B komandasının üzvlərinə tətbiq edilən bu testdən sonra, B komandasının üzvlərinin aerobika və güc bacarıqları ortaya çıxacaq. "Neftçi"nin məqşçilər korpusu bundan sonrada bu testləri davam etdirəcək. Bununla bağlı "Neftçi"nin icraçı direktoru Mübariz Xudiyev rəsmi saytımıza məlumat verdi.
"Bilirsiniz ki, bir müddət əvvəl klubumuzun prezidenti Sadıq Sadıqovun göstərişi ilə "Neftçi"də B komandası yaradılıb. "Neftçi"nin uşaq komandalarında yer alan 1993-1996-cı il təvəllüdlü, istedadlı futbolçular B komandasının heyətinə cəlb olunub.
Daim perspektivli yerli futbolçulara qayğı göstərən klub rəhbərliyi B komandasını yaratmaqla, istedadlı yerli futbolçuları gələcəkdə əsas komandaya qazandırmaq məqsədi güdür. Onlar bu məşqlərdə iştirak etməklə daimi olaraq fiziki, taktiki hazırlıqlarını artıraraq, gələcəkdə əsas komandada tətbiq edilən oyun modelini də dərindən mənimsəyəcəklər.
Beləliklə gələcəkdə onlar əsas komandanın üzvlərinə çevrildikdə hər hansı bir çətinliklə üzləşməyəcəklər və psixoloji baxımdan yeni sistemə uyğunlaşmaq problemi ilə qarşı-qarşıya qalmayacaqlar. İnşallah, gələcəkdə bu işin bəhrəsini görəcəyik, B komandasının heyətinə cəlb olunan futbolçular, təkcə "Neftçi"nin deyil, həmçinin Azərbaycan futbolunun gələcəyi olacaqlar".
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib