"Neftçi"nin sabiq futbolçusu Hollandiya klubunda

"Neftçi"nin sabiq futbolçusu Hollandiya klubunda
XƏBƏR 24 Mart 2011 / 13:52 2397
-  A +

“Neftçi”nin sabiq futbolçusu Suat Usta karyerasını Hollandiya çempionatında davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, 29 yaşlı müdafiəçi ilə Sittard “Fortuna”sı yaxından maraqlanır.

"Neftçi"də çıxış etdikdən sonra Türkiyənin “Diyarbəkirspor” klubuna keçən Suat hazırda Sittard “Fortuna”sının düşərgəsindədir. Hollandiya təmsilçisi də vaxtilə "PSV", "Qalatasaray" kimi klublarda çıxış etmiş futbolçu ilə müqavilə bağlamaq niyyətindədir.

Qeyd edək ki, Usta ötən mövsüm başa çatmamış “Neftçi”dən qovulmuşdu.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner