Belçika yığmasının ən kobud futbolçusu söz verdi

Belçika yığmasının ən kobud futbolçusu söz verdi
XƏBƏR 24 Mart 2011 / 00:37 2592
-  A +

"Biz Azərbaycan yığması ilə oyunu da yaddan çıxarmamalıyıq". Qol.Az-ın məlumatına görə, bunu Belçika milli komandasının futbolçusu Vensan Kompani deyib.

İngiltərənin "Mançester Siti" klubunda çıxış edən 25 yaşlı müdafiəçi yığmamızla martın 29-da keçirəcəkləri Avro-2012-nin seçmə matçının da vacib əhəmiyyətə malik olduğunu bildirib. Belçika millisi komandamızla oyundan 4 gün əvvəl səfərdə Avstriya ilə qarşılaşacaq.

"Qırmızı şeytanlar"ın heyətində sarı vərəqə limitinə yaxınlaşan 6 futbolçu var. Bunlardan biri də məhz Kompanidir. O, seçmə mərhələdə Almaniya ilə oyunda sarı vərəqə, Türkiyə ilə matçda iki sarı vərəqənin ardından qırmızı vərəqə alaraq, Qazaxıstanla növbəti görüşü buraxıb. Bununla belə, Kompani Avstriya ilə Brüsseldə keçirilmiş ilk qarşılaşmada da "dinc dayanmayıb" və daha bir sarı vərəqə alıb. Belçika yığmasının ən kobud oyuna meylli futbolçusu Vyanada da sarı vərəqə almayacağına söz verib.

Qeyd edək ki, sarı vərəqə həddinə yaxınlaşan digər futbolçular Daniel van Buyten, Tobi Alderveyreld, Yelle Vossen, Maruan Fellaini və Timmi Simonsdur. Lakin Fellaini Avstriya və Azərbaycanla qarşıdakı oyunlara çağırılmayıb.

Son xəbərlər