Bu AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın məlumatına görə, yığıncaqda Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri və I Divizionda keçirilən oyunlarda baş verən hadisələrlə əlaqədar aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun AZAL – “Neftçi” matçının 35-ci dəqiqəsində “Neftçi” klubunun 6 nömrəli futbolçusu Azər Məmmədovla AZAL klubunun 10 nömrəli futbolçusu Rasif Səfiyarov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır, hər iki klub min manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “Turan” – “Bakı” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 5 yüz manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 24-cü turunun “Gəncə” – “Muğan” matçının 30-cu dəqiqəsində “Muğan” klubunun 14 nömrəli futbolçusu Nicat Babayev hakimin qərarı ilə razılaşmadığına görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionunun 18-ci turunun “Şəmkir” – “Rəvan” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan I divizionunun 18-ci turunun “Göyəzən” – “Neftçi”İSM matçının83-cü dəqiqəsində “Göyəzən” klubunun 1 nömrəli futbolçusu Rauf Muradov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunub.
Azərbaycan I divizionunun 18-ci turunun “Abşeron” – “MKT Araz” matçında “MKT Araz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda