Badri Kvaratsxeliya: «Məqsədimiz ilk «5-liy»ə düşməkdir»

XƏBƏR 22 Fevral 2009 / 18:32 2533
-  A +

«İnter» çox güclü komandadır. Rəqib çempionluğa iddialı olduğundan, onlarla oyuna ciddi hazırlaşmışdıq». Qol.Az-ın məlumatına görə, bu sözləri «İnter»lə oyunsonrası mətbuat konfransında «Standart»ın baş məşqçisi Badri Kvaratsxeliya deyib. Gürcü mütəxəssis meydana heç olmasa, bir xal qazanmaq üçün çıxdıqlarını bildirib: «Düzdür, bizim mükafataçılar sırasına düşmək şansımız yoxdur. Amma heç olmasa, ilk 5-lik»də qərarlaşmaq istəyirik. Buna görə də «İnter»lə matça minimum 1 xal qazanmaq üçün çıxmışdıq. Lakin təəssüf ki, istəyimizə çata bilmədik».


Son xəbərlər