"Milan" nümayəndələri "İnter"in məşqçilərinə tövsiyələr verir

"Milan" nümayəndələri "İnter"in məşqçilərinə tövsiyələr verir
XƏBƏR 21 Mart 2011 / 23:27 1881
-  A +

Bakıda səfərdə olan İtaliyanın "Milan" klubunun nümayəndələri bu gün "Şəfa" stadionunun meydançalarında uşaq və yeniyetmələr üçün məşq keçiblər. Qol.Az-ın məlumatına görə, "Milan Junior Camp" layihəsində 300 uşaq və yeniyetmə futbolçu iştirak edib.

Məşqlərdən sonra fikir və təcrübə mübadiləsi də aparılır. Seminar-treninqdə italiyalı məşqçilər Bakının "İnter" klubunun Uşaq-Gənclər Futbol Məktəbinin məşqçilərinə müvafiq tövsiyələr də verirlər. 

Qeyd edək ki, gün ərzində 3 saatadək davam edən məşqlər sabah da davam edəcək.

Son xəbərlər