"Anji" uduzdu

"Anji" uduzdu
XƏBƏR 21 Mart 2011 / 23:00 2042
-  A +

"Anji" klubu Rusiya Premyer Liqasında ikinci turun oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Mahaçqala komandası Sankt-Peterburqda "Zenit"in qonağı olub.

Oyun Rusiya çempionlarının qələbəsi ilə başa çatıb - 2:0. "Zenit"in heyətində 6-cı dəqiqədə Roman Şirokov hesabı açıb. İlk yarıya əlavə olunmuş 2-ci dəqiqədə isə Danko Lazoviç yekun nəticəni müəyyənləşdirib. 2 turdan sonra 1 xalı olan "Anji" 12-ci pillədə yer alıb.

Qeyd edək ki, müdafiəçi Mahir Şükürov Azərbaycan yığmasının düşərgəsində olduğundan, "Anji"nin heyətindən kənarda qalıb.  


Son xəbərlər