"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi
XƏBƏR 20 Mart 2011 / 23:52 3178
-  A +

2011-2012-ci il mövsümündən etibarən Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi Luis Felipe Skolari olacaq. Qol.Az-ın qardaş ölkə mətbuatına istinadən xəbərinə görə, klub rəhbərliyi Bernd Şusterin istefasından sonra bir çox mütəxəssislə danışıqlar aparıb.

Prezident Yıldırım Dəmirörən Ukrayna "Beşiktaş"ının sükanı arxasında olan rumıniyalı Mirça Luçeskunu israrla istəsə də, buna nail ola bilməyib. Beləliklə, istiqaməti dəyişən rəhbərlik Skolari ilə anlaşıb. Braziliyalı çalışdırıcı "Beşiktaş"ın təklifinə menecerləri vasitəsilə müsbət cavab verib. Ona ən azı 3 illik müqavilə qarşılığında bir mövsüm üçün 5 milyon avro ödəniləcək.

Qeyd edək ki, Luis Felipe Skolari 2009-cu ildə İngiltərənin "Çelsi" klubundan ayrıldıqdan sonra Özbəkistan "Bunyodkor"u ilə rekord məbləğdə əmək haqqı qarşılığında anlaşıb. O, ildə 16,6 milyon avro alaraq, bütün dövrlərin ən bahalı məşqçisi olub.

Son xəbərlər