Yunanıstan çempionu məlum oldu

Yunanıstan çempionu məlum oldu
XƏBƏR 20 Mart 2011 / 23:23 2302
-  A +

Yunanıstan çempionatının qalibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, "Olimpiakos" klubu çempionatın sonuna 3 tur qalmış qızıl medala sahib olub.

27-ci turda "Olimpiakos" öz meydançasında AEK-i darmadağın edib - 6:0. Bununla da ən yaxın rəqibi "Panatinaikos"dan 10 xal aralanan Yunanıstan nəhəngi tarixində 38-ci dəfə ölkə çempionu adını qazanıb.    

Qeyd edək ki, "Olimpiakos" sonuncu dəfə 2008-2009-cu il mövsümündə Yunanıstanın ən güclüsü olub.

Son xəbərlər