ŞOK! Hakim ona təpik ayan futbolçuya yumruqla cavab verdi

ŞOK! Hakim ona təpik ayan futbolçuya yumruqla cavab verdi
XƏBƏR 19 Mart 2011 / 23:34 3337
-  A +

Türkiyənin həvəskarlardan ibarət "Eğitimspor" və "Gercüşspor" komandaları arasında keçirilmiş oyunda maraqlı hadisə baş verib. Qol.Az-ın məlumatına görə, matçın 40-cı dəqiqəsində baş hakim Əkrəm Gönülaçar qonaq futbolçu Tacəttinə kobud oyunu ilə əlaqədar sarı vərəqə göstərib. 

Buna "Gercüşspor"lu futbolçular kəskin ediraz ediblər. Nəticəcə meydançada qarışıqlıq yaranıb. Bu zaman komandanın kapitanı Şehmus Barlak da sarı vərəqə alıb. Barlak etirazlarını davam etdirdiyi üçün ikinci sarı vərəqə ilə meydançadan qovulub. Lakin o, əsəblərinə hakim ola bilməyib və baş hakimə hücum edərək, təpik atıb. Referi də futbolçuya yumruqla cavab verib. Digər oyunçularla polislərin araya girməsindən sonra sakitlik təmin edilib. Lakin Gönülaçar paltardəyişmə otağına yollanaraq, qarşılaşmanı yarımçıq dayandırıb.  

Son xəbərlər