"Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo Ronaldonun hazırki vəziyyətinə aydınlıq gətirib. Qol.Az-ın məlumatına görə, Mourinyo Madrid derbisi öncəsi Ronaldonun hələ də tam sağalmadığını bildirib.
"Ronaldo zədədən yeni qayıtdığı üçün tam gücü ilə oynaya bilmir. Onun əvvəlki formasını qaytarması üçün bir qədər zamana ehtiyacı var. Bir neçə məşqdən kənar qalması da onun yüksək səviyyədə çıxış etməsinə mane olur. İnanıram ki, Ronaldo növbəti oyunlar üçün tam hazır olacaq".
Daha sonra axşam baş tutacaq Madrid derbisinə də toxunan Mourinyo bu haqda belə deyib: "Derbilərdə heç zaman favorit olmur. Komandaların turnir cədvəlinin hansı mövqeyində qərarlaşmağından asılı olmayaraq belə oyunlara həmişə böyük maraq olur. Hər 2 komandanın da qələbə qazanmaq şansı var. Lakin təcrübəli futbolçularımızın hesabına bu oyundan da qalib ayrılmaq istəyirik".
Qeyd edək ki, hazırda 70 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Real" lider "Barselona"dan 5 xal geri qalır.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda