Aleksandr Starkov: "Komandamın oyunu xoşuma gəldi"

Aleksandr Starkov: "Komandamın oyunu xoşuma gəldi"
XƏBƏR 18 Mart 2011 / 19:12 1935
-  A +

"Bu gün komandamın oyunu xoşuma gəldi. Yaxşı oyun alındı, əla qol vurduq. "İnter" kimi güclü komandaya qarşı oynadıq. Qapımızı oyunun sonunadək toxunulmaz saxlaya bilərdik, lakin üstünlüyü əldən verdik. İkinci hissədə də bir neçə qol imkanımız oldu. Fikrimcə, bu gün komandamın oyunu alındı".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"lə oyundan sonra "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Qeyd edək ki, Premyer Liqanın 24-cü turunda "Bakı" səfərdə "İnter"lə oyunda 1:1-lik bərabərə qalıb.


Son xəbərlər