Nazim Süleymanov: «Futbolçularımdan razı qaldım»

Nazim Süleymanov: «Futbolçularımdan razı qaldım»
XƏBƏR 18 Mart 2011 / 18:10 2178
-  A +

«Futbol mübarizə oyunudur. Rəqibin səhvindən istifadə etsən, qalib gələrsən. Bu oyunda çox yaxşı mübarizə apardıq, təəssüf ki, qalib gələ bilmədik. Məğlubiyyətə baxmayaraq, futbolçularımdan razı qaldım».

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Nazim Süleymanov «Qarabağ»la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Xatırladaq ki, Unibank Premyer Liqasının bu gün keçirilən 24-cü turunun oyununda AZAL «Qarabağ»a 0:1 hesabı ilə məğlub olub.
 

Son xəbərlər