Qurban Qurbanov AZAL-ı təriflədi

Qurban Qurbanov AZAL-ı təriflədi
XƏBƏR 18 Mart 2011 / 18:07 2405
-  A +

«Çox vacib 3 xal qazandıq. AZAL bu gün ancaq tərifə layiq idi, sonadək mübarizə apardılar». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib.

Unibank Premyer Liqasında bu gün AZAL-ı 1:0 hesabı ilə məğlub edən «Qarabağ» ardıcıl doqquzuncu qələbəsini qazanıb.

«Hər iki hissəyə pis başladıq, lakin hissənin ortalarından daha yaxşı oynadıq. AZAL qalib də gələ bilərdi. Müəyyən səhvlərimiz oldu. Lakin komandam sonadək mübarizə apardı, futbolçularımı təbrik edirəm. Qarşıda hələ 8 tur var. AZAL klubuna uğurlar arzulayıram» – deyə Q.Qurbanov bildirib.

Son xəbərlər