"İnter"in ardından "Xəzər Lənkəran" da "Qarabağ"la səfər oyununu Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçirməyə tərəddüd edir.
Qol.Az-ın supersport.az-a saytına istinadən yaydığı xəbər görə, bu məsələyə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov münasibət bildirib. O deyib ki, hər bir komandanın öz meydanında oynamaq haqqı var. "Xəzər Lənkəran" əvvəlcə Quzanlıda oynamağa razılıq vermişdi. İndi isə klub rəhbərliyi fikrini dəyişib. Həm "İnter", həm də "Xəzər Lənkəran" dəfələrlə Quzanlıda oyun keçirib. "Xəzər Lənkəran" buraya çox vaxt Mingəçevirdən gəlirdi. Halbuki həm Lənkəran, həm də Mingəçevirdən Quzanlıya məsafə eynidir. Bunun üçün 1 saat 20 dəqiqə vaxt sərf olunur. Bu, nə böyük yoldur ki?! Hesab edirəm ki, "İnter" və "Xəzər Lənkəran"ın bu hərəkəti bəhanədən başqa bir şey deyil. “Bakı” klubu Peşəkar Futbol Liqasının qərarını gözlədiyini deyir. PFL isə komandaların razılığının vacibliyini bəyan edib. Millət vəkili Aqil Abbasın fikri ilə razıyam ki, "İnter"in Quzanlıya getməməyə ixtiyarı yoxdur".
Z.Qasımov Quzanlı stadionunda yenidənqurma işlərinin sürətlə davam etdiyini vurğulayaraq aprel ayında tam hazır olacağını söyləyib: "Stadionun meydançası yüksək səviyyəyə gətirilir. Artıq çox işlər görülüb, yalnız qalıb ki, toxum səpilsin. Ancaq bunu etmək təhlükəlidir. Ona görə ki, hava bir qədər soyuqdur, şaxta olur. Martın 21-də toxum səpini planlaşdırılır. İnşallah bundan sonra aprelin ilk həftəsinə kimi meydança yaşıl ot örtüyünə bürünəcək və tam hazır olacaq".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov