UEFA Venger və Nəsrini cəzalandırdı

UEFA Venger və Nəsrini cəzalandırdı
XƏBƏR 18 Mart 2011 / 01:37 2156
-  A +

UEFA Nizam-İntizam Komitəsi İngiltərənin "Arsenal" klubunun baş məşqçisi Arsen Venger və futbolçusu Samir Nəsrini cəzalandırıb. Qol.Az-ın məlumatına görə, Vengerlə Nəsri 1 oyun diskvalifikasiya ediliblər.

Bu qərara baş məşqçi və oyunçunun İspaniyanın "Barselona" klubu ilə martın 8-də keçirilmiş Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə yolverilməz hərəkətləri səbəb olub. Onlar rəqib komanda və isveçrəli referi Massimo Buzakka ilə sərt mübahisəyə giriblər. Vengerə 10 min avro cərimə də kəsilib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner