Derbidə "Bakı"nın iki futbolçusu oynamayacaq

Derbidə "Bakı"nın iki futbolçusu oynamayacaq
XƏBƏR 18 Mart 2011 / 00:57 1985
-  A +

"Bakı" futbol klubu Azərbaycan Premyer Liqasının XXIV turunda "İnter"lə keçirəcəyi səfər oyununun hazırlıqlarını tamamlayıb. Qol.Az-ın məlumatına görə, "zolaqlılar" görüş öncəsi bir məşqlə kifayətləniblər.

Həmin məşq matçın keçiriləcəyi "Şəfa" stadionunda martın 17-də saat 16:00-da baş tutub. Bir saat davam edən məşq fiziki təmrinlər və topla çalışmalar üzərində qurulub. Nisbətən, yüngün keçən məşqdə zədəli futboçular Aleksey Savinov və Juninyo iştirak etməyiblər.

Qeyd edək ki, paytaxt derbisi bu gün saat 16:00-da başlanacaq.

Son xəbərlər