"Böyük oyun" öncəsi son məşq

"Böyük oyun" öncəsi son məşq
XƏBƏR 18 Mart 2011 / 00:42 2108
-  A +

Unibank Premyer Liqasının XXIV turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi" son məşqinə çıxıb. Qol.Az-ın məlumatına görə, hazırlıq prosesi görüşün keçiriləcəyi Lənkəran şəhər mərkəzi stadionunda reallaşıb.

Baş məşqçi Arif Əsədovun rəhbərliyi altında məşq edən futbolçuların yüksək əhval-ruhiyyədə olduqları diqqətdən yayınmayıb. Hətta Əsədov da oyunqabağı gərginliyi büruzə verməməyə çalışıb.

Qeyd edək ki, "böyük oyun" martın 18-də saat 18:00-da başlanacaq. "Neftçi" qələbə qazanacağı halda, "Xəzər Lənkəran"la xal fərqini 7-yə yüksəldəcək. Meydan sahibləri buna nail olsalar, liderlə fərqi minimuma endirəcəklər.

Son xəbərlər