"İnter"in yarımmüdafiəçisi Bronislav Çervenka klubun rəsmi saytına verdiyi müsahibədə “Qarabağ”la oyun barəsində fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, futbolçu “Bakı” ilə baş tutacaq qarşılaşmaya da toxunub.
-“Qarabağ”la son qarşılaşma kifayət qədər uğursuz alındı. Komanda çempionatda ardıcıl olaraq məğlub oldu...
-Ola bilər biz rəqibdən hansısa anlarda, oyunun hansısa komponentlərində geri qaldıq, ancaq bütövlükdə düşünürəm ki, matç bərabər səviyyədə alındı. Hansısa epizodlarda biz axıradək oynamadıq, hücumda da çox şey alınmadı. Öz günahımızdan qol buraxdıq ki, bu da məğlubiyyətə gətirib çıxardı.
-“Xəzər-Lənkəran”dan və “Qarabağ”dan alınan məğlubiyyət futbolçuların psixoloji vəziyyətinə təsir göstərdi...
-Bu məğlubiyyətlər, əlbəttə ki, psixoloji vəziyyətə təsir göstərdi. Axı, istər-istəməz, futbolçular düşünməyə başlayırlar: “Nəyə görə hər şey belə alındı?”, “Niyə biz yenə məğlub olduq?”. Bunu izah etmək çox çətindir. Lakin istənilən anda belə fikirlərdən azad olmaq və meydana təmiz başla çıxmaq lazımdır.
-Qarşıdan “Bakı” komandası ilə oyun gəlir. Bu qarşılaşmaya hazırlıq necə gedir?
-Digər oyunlara olduğu kimi, adi rejimdə hazırlaşırıq. Biz yaxşı vəziyyətdə olmalıyıq ki, meydana çıxıb qalib gəlməyə çalışmalıyıq. Bir də ki, qələbə uduzduğumuz oyunlarda buraxdığımız səhvlərə görə bəraət qazanmağımıza imkan verər.
-“Bakı” komandası barədə nə deyə bilərsən? Bu mövsüm “İnter” bu komandanı iki dəfə məğlub edib...
-“Altılıq”da bütün komandalar güclüdür. Onların hər biri böyük potensiala malikdir. “Bakı” klubu kifayət qədər ciddi rəqibdir, ancaq bu rəqiblə üçüncü görüşün də iki qarşılaşma kimi başa çatmasını istərdik.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov