"Qarabağ" klubunun canlı əfsanəsi sayılan 38 yaşlı Aslan Kərimov artıq futbolçu karyerasının son aylarını yaşayır. Qol.Az-ın məlumatına görə, futbolçu ömrünün böyük qismini "Qarabağ" klubunda keçirən universal yarımmüdafiəçi karyerasını bitirdikdən sonra məşqçi kimi çalışmağı planlaşdırır.
Bu məqsədlə Aslan B kateqoriyalı kurslarda iştirak edib. 2 həftəlik kursu uğurla başa vuran Kərimov növbəti məşqçi lisenziyası almaq üzrədir. Aslan klubun rəsmi saytına da bu barədə danışıb:
"Təxminən 2 həftəlik kurs oldu. Dərsləri U-16-nın çalışdırıcısı Nikolay Adam keçirdi. Kursun faydalı olacağını fikirləşirəm. Nəzəri və praktiki məşğələlər yerinə yetirdik. Hə, bu mənim karyeramın sonuncu ilidir. Futbolu bitirdikdən sonra doğma komandada məşqçi kimi çalışmaq istəyirəm. Futbolçu karyeram ərzində öyrəndiklərimin də mənə kömək olacağına inanıram".
Aslan eyni zamanda premyerliqanın final mərhələsi haqqında da danışıb: "Nəzəri cəhətdən ilk 5 pillədə qərarlaşan komandaların çempionluq şansı var. Amma sonda bir komanda çempion olacaq. Əlbəttə, ən az səhv edən sonda sevinəcək. "Neftçi" və"Xəzər Lənkəran" bizdən öndə qərarlaşıb. Deməli, onlar bizi bir neçə addım qabaqlayırlar.
Final mərhələsində bütün nəticələrə hazır olmalıyıq. Hazırda bizi AZAL-la oyun gözləyir. Nazim Süleymanov döyüşkən komanda yaradıb. Gərgin oyun olacaq. Təsnifat mərhələsindəki görüşlərdə "təyyarəçi"ləri məğlub edə bilməmişik. Bu da rəqibin gücünü göstərir. "Qarabağ" hər oyuna ciddi hazırlaşır. Ümumiyyətlə, uzun müddətli karyeramda bunu öyrənmişəm ki, hər bir oyuna ciddi köklənmədən sonda uğurlu nəticəyə ümid etmək olmaz".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov