Maykl Ceksonun büstü stadionda qoyulacaq

Maykl Ceksonun büstü stadionda qoyulacaq
XƏBƏR 17 Mart 2011 / 00:59 1972
-  A +

İngiltərənin "Fulhem" klubu "Kreyven Kottec" stadionunda amerikalı müğənni Maykl Ceksonun büstünü canlandıracaq. Qol.Az-ın məlumatına görə, büstün aprelin 3-də "Blekpul"la Premyer Liqa matçında ictimaiyyətə nümayiş etdiriləcəyi gözlənilir.

Klub prezidenti Məhəmməd əl-Fayed deyib: "Maykl Cekson əsl əfsanə idi. O, mənim dostum idi. Ceksonla xoş xatirələrimi bölüşürdüm. Təəssüf ki, faciəvi şəkildə və vaxtsız öldü".
 
Maykl Cekson 25 iyun 2009-cu ildə 51 yaşında ikən güclü təsirə malik preparatların dozadan artıq qəbulu üzündən dünyasını dəyişib.

Son xəbərlər