Aleks Ferqyusona sərt cəza

Aleks Ferqyusona sərt cəza
XƏBƏR 16 Mart 2011 / 23:38 2035
-  A +

İngiltərə Futbol Assosiasiyası (FA) "Mançester Yunayted" klubunun baş məşqçisi Aleks Ferqyusonu sərt cəzalandırıb. Qol.Az-ın məlumatına görə, "Çelsi" ilə İngiltərə Premyer Liqası matçından sonra baş hakim Martin Atkinsonun ünvanına səsləndirdiyi ittihamlar şotlandiyalı mütəxəssisə baha başa gəlib. 

Ona 5 oyunluq diskvalifikasiya və 30 min funt cərimə tətbiq olunub. Ser Aleks 48 saat ərzində qərardan apellyasiya verə bilər.

Qeyd edək ki, Aleks Ferqyuson "Çelsi"nin 2:1 hesabı ilə qalib gəldiyi oyunda Atkinsonun Ueyn Runiyə kobudluq edən londonlu müdafiəçi David Luisə ikinci sarı vərəqəni səhvən göstərmədiyini, eləcə də "Mançester Yunayted"in qapısına yanlış penalti təyin etdiyini bildirib.    



Son xəbərlər