AZAL-ın futbolçusu Serbiyaya getdi

AZAL-ın futbolçusu Serbiyaya getdi
XƏBƏR 16 Mart 2011 / 16:27 1956
-  A +

AZAL-ın serbiyalı legioneri Draqan Mandiç vətəninə gedib. Qol.Az-ın məlumatına görə, fevralın 12-də keçirilən AZAL-"Gəncə" oyununda bel nahiyəsindən ağır zədə alan futbolçu uzun müddət müalicə olunmalıdır.

Mandiçi müayinə edən həkimlər bu zədənin kifayət qədər ciddi olduğunu bildirib və futbolçunun bir müddət məşqlərdən kənarda qalmasını məsləhət görüblər. Bunu nəzərə alan klub rəhbərliyi Mandiçin ailəsinə baş çəkmək və müalicəsini Serbiyada davam etmərklə bağlı xahişinə müsbət cavab verib.

Sonda qeyd edək ki, 2005-ci ildən AZAL-da çıxış edən və komandanın veteranlarından olan yarımmüdafiəçi martın axırında Bakıya dönəcək.

Son xəbərlər