«Maksim Medvedyev zədələnəndən sonra baş məşqçimiz Qurban Qurbanov mənə şans verməyə başladı. Hələ çempionatın ilk yarısında da eyni vəziyyət yaranmışdı. O zaman da start heyətində meydana çıxırdım. Oynadıqca həm praktika artır, həm də özünəinam yüksəlir. Deməzdim ki, özümü Maksimin əvəzləyicisi sayıram».
Qol.Az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın müdafiəçisi Qara Qarayev klubun rəsmi saytına bildirib.
O deyib ki, iddialı komandanın geniş heyəti olmalıdır: «Zədə, cəza vəziyyətlərinə hazır olmalıyıq. Bizim komandada oynamağa hazır 25-26 futbolçu var. Kimin əsas heyətdə oynamasının heç bir fərqi yoxdur. Kim meydana çıxırsa «Qarabağ» üçün oynayır. Düzdür, komandada hamıdan gəncəm. Bəxtim gətirib ki, ətrafımda yüksək səviyyəli futbolçular çoxdu. Müdafiədə Rəşad Sadıqov, Admir Teli kimi yüksək səviyyəli futbolçulardan öyrənməyə çalışıram. Məndən əks cinahda olan Aqollinin hücumlara necə dəstək verməsinə fikir verirəm. Hələ yolun başındayam. Amma heç də özümü təcrübəsiz saymıram».
Qara Qarayev Rremyer Liqanın final mərhələsi haqda ümidlidir: «Səkkiz oyundur qələbə qazanmağımız belə baxanda təəccüblü deyil. Payızda komandanın böhrana düşməsinin məlum səbəbləri vardı. Amma zamanla hər şeyin düzələcəyinə inanırdıq. Qarşıda bizi AZAL-la oyun gözləyir. Bu oyuna da eyni məqsədlə çıxacağıq. Rəqibin gücünü bilirik. Son oyunda bizi 2:0 məğlub etmişdilər. Çox çətin oyun olacaq. Son zamanlar müdafiədə inamlı təsir bağışlayırıq. İlk növbədə rəqibə qol vurmağa imkan verməməliyik. Bir qarabağlı olaraq «Qarabağ»ın uğur qazanmasına ikiqat sevinirəm. İnşallah, Premyer Liqanı «Qarabağ»ımıza layiq yerdə bitirərik».
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi